Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ferrari”nin ilk elektromobili İtaliyada sınaq zamanı kameralara tuş gəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə Motor1 saytı məlumat yayıb. Elektromobil ciddi şəkildə kamuflyaj olduğu üçün xarici görünüşünü çox da seçmək mümkün olmayıb.
Yeni elektromobilin texniki göstəriciləri barədə məlumat yoxdur. Lakin ilk avtomobilin müştəriyə 2026-cı ilin sonunda təhvil veriləcəyi məlumdur. Yeni modelin start qiymətinin 500 min avro olacağı iddia edilir.
Vüqar Yaşaroğlu