Ferrarinin ilk testi “uğursuz” olub..? | Icma.az
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
...Yeni Ferrari 12Cilindri istehsalına yenicə daxil olub və kupelərdən biri artıq qəzaya uğrayıb.
SİA-nın məlumatına görə, qəza Lüksemburqda baş verib və qəza yerindən fotolar İnstaqramda -supercar.fails səhifəsində dərc edilib.
Hadisə payızda baş versədə, ancaq bununla bağlı indi məlumat verilir.
Qəza haqqında çox az məlumat var, yalnız Ferrari superkarının jurnalist testi zamanı qəzaya uğradığı qeyd olunur.
Altı Ferrari 12Cilindri kupesi aparıcı avtomobil mediası tərəfindən sınaqdan keçirilməsi üçün Lüksemburqa çatdırılıb.
Fotoda superkarın yağışlı havada dar yolda sınaqdan keçirildiyi görünür.
Görünür, sürücü yaş asfaltda idarəetməni itirib və avtomobil sürüşüb. Ferrari-nin ön və arxa hissələrinə ciddi ziyan dəyib.
Tam oxu
Xəbəri oxu