FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb

11.02.2026

Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

11 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FERRUM Kapital” QSC-nin 4 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Marja xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 18.02.2026-cı il tarixində keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "FERRUM Kapital” QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2022022282

İstiqrazların növü və forması:  Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi / Birqiymətli Hərrac

İstiqrazların sayı:  40 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi:  4 000 000 manat

İllik gəlirlilik faizi: 14%

Ödəmə Periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti:  12 ay

Ticarətə buraxılma tarixi:  18.02.2026

Anderrayter:  “Unicapital İnvestisiya Şirkəti” ASC

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью