Ferstappen Bəhreyn Qran prisinin ilk sərbəst yürüşündə iştirak etməyəcək

09.04.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" pilotu Maks Ferstappen Bəhreyn Qran-prisinin ilk sərbəst yürüşündə iştirak etməyəcək.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Təcrübəli sürücünü yaponiyalı Ayumi İvasa əvəzləyəcək.

2025-ci il mövsümünün reqlamentinə əsasən, hər bir "Formula 1" komandası ən azı iki dəfə iki yeni sürücüyə öz bolidlərindən birini təqdim etməlidir.

Qeyd edək ki, Bəhreyn Qran-prisi aprelin 11-13-ü aralığında baş tutacaq. İlk sərbəst yürüş aprelin 11-də gerçəkləşəcək. Bakıdakı mərhələ isə sentyabrın 19-21-də baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью