Ferstappen boliddə gözlənilməz detalı dərhal gördü VİDEO | Icma.az
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq. “Red Bull” komandasının pilotu Maks Ferstappen yeni bolidin təqdimatı zamanı diqqətçiliy
İdman.Biz xəbər verir ki, uzun gözləntilərdən sonra “Red Bull” yeni RB22 modelini təqdim edib.
Milton-Keyns təmsilçisi son illərdə istifadə etdiyi mat örtükdən imtina edərək bu dəfə parlaq, lakin diqqətçəkən dizayna üstünlük verib.
Bu dəyişiklik dördqat dünya çempionunun avtomobilinə daha parlaq görüntü qazandırıb.
Bununla belə, nümayiş etdirilən avtomobil mövsümün Avstraliya Qran-prisi ilə başlayacaq yarışlarda istifadə olunacaq yekun versiya deyil.
Niderlandlı pilot təqdimat avtomobilində qəribə bir detalı - sükan çarxını dərhal sezib: “Bu nədir? Simulyator sükanıdır, ya nə?
Bunu haradan tapıblar? Maraqlıdır, bu nədir axı? Mütləq soruşmalıyam ki, bunu harada hazırlayıblar”.
“Red Bull” isə pilotunun bu detallara həssas yanaşmasını zarafatla qarşılayaraq videoya belə başlıq əlavə edib: “Müfəttiş Maks geri qayıtdı”.
Tam oxu
Xəbəri oxu