Ferstappen “Ferrari”yə keçidinin şərtini açıqladı

08.10.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Red Bull”un pilotu Maks Ferstappen gələcəkdə karyerasını “Ferrari”də davam etdirmək ehtimalından danışıb.

İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, dörd qat “Formula-1” dünya çempionu İtaliya komandasına böyük hörmət bəslədiyini, lakin ora keçidin yalnız qələbələr uğrunda mübarizə aparmaq imkanı olduğu halda mənalı olacağını bildirib.

“Mən yalnız qalib gəlmək istəyirəm. Nostaljiyə qapılanlardan deyiləm. “Ferrari” brendinə böyük hörmətim var? Şübhəsiz. Amma bu o deməkdir ki, öhdəlik götürüb gəlirsən və sonra beşinci, ya da altıncı olursan? Onda bunun nə mənası var?” - deyə Ferstappen bildirib.

Niderlandlı pilot hazırkı komandası ilə bağlılığını da vurğulayıb.

“Mən diqqətimi nəticəyə yönəltmişəm və bu komanda ilə artıq çox şeyə nail olmuşam. Bu, mənim ikinci ailəmdir və məni irəli aparan məhz dəyişikliklərə can atmaqdır”, – deyə o əlavə edib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью