Ferstappen Formula 1 dən ayrıla bilər

29.11.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dördqat və hazırkı dünya çempionu, "Red Bull" pilotu Maks Ferstappen karyerasını başa vurması ehtimalı barədə danışıb.

Modern.az xəbər verir ki, bu barədə "PA Media" məlumat yayıb.

"Müqaviləm 2028-ci ilə qədərdir, amma bütün gələcəyim 2026-cı ilin yeni qaydalarından və onların nə qədər maraqlı olacağından asılıdır. Yeni maşınları sürmək maraqlı deyilsə, özümü yarışlarda görmürəm. Yeddi titul qazanmaq məqsədim yoxdur. Müqaviləmin bitməsinə üç mövsüm qalıb, ona görə də bu mümkündür. Sabah asanlıqla karyeramı başa vura bilərəm.

Həyatda başqa maraqlarım, digər yarış seriyalarım var, ailəmlə daha çox vaxt keçirmək və öz həyatımı yaşamaq istəyirəm. Başa düşürəm ki, bu fəsil mütləq bağlanacaq. Ayrıldıqdan sonra bir daha geri qayıtmağı düşünmürəm. Əgər dayansam, dayanacağam", - deyə Ferstappen bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью