Ferstappen “Formula 1” Qətər Qranprisinin sıralama turunda qalib gəlib

30.11.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

“Red Bull”un niderlandlı pilotu Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatının 23-cü mərhələsi olan Qətər Qran-prisinin sıralama turunda qalib gəlib.

“Report” xəbər verir ki, yarış Lusaildə keçirilir.

İkinci yeri “Mercedes”in britaniyalı pilotu Corc Rassel, üçüncü yeri isə “McLaren”də çıxış edən həmyerlisi Lando Norris tutub.

Qeyd edək ki, Qətər Qran-prisinin əsas yarışı dekabrın 1-də keçiriləcək. Las-Veqasda keçirilən 22-ci mərhələnin nəticələrinə görə, Ferstappen ardıcıl dördüncü dəfə dünya çempionu olmaqla, fərdi hesabda qalib gəlib.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью