Ferstappen “Formula 1”dən erkən gedəcək?

26.01.2026

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Dördqat dünya çempionu Maks Ferstappen “Formula-1”də karyerasını planlaşdırılandan daha tez başa vura biləcəyini istisna etməyib.

"Football-plus.az" xəbər verir ki, niderlandlı pilot 2026-cı ildən qüvvəyə minəcək yeni texniki reqlamentin onun üçün “tam mənfi” təcrübə yaradacağı halda, 2029-u gözləmədən “Formula-1”dən ayrılmaq qərarı verə biləcəyini deyib.
Ferstappenin “Red Bull” ilə 2028-ci ilin sonuna qədər müqaviləsi var. Lakin o, karyerasını Fernando Alonso və ya Lüis Hemilton kimi 40 yaşına qədər davam etdirmək niyyətində olmadığını açıq şəkildə qeyd edib. Ferstappen bu il 29 yaşını tamamlayacaq.
Xatırladaq ki, “Red Bull” 2026-cı ildən yeni mərhələyə qədəm qoyacaq, tarixində ilk dəfə öz istehsalı olan güc qurğularından istifadə edəcək.
Komandanın rəhbərliyində yer alan Loran Mekis mövsümün əvvəlində çətinliklərin yaşana biləcəyini etiraf edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью