Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq. "Formula-1" üzrə dünya çempionatının növbəti mərhələsi Qətər Qran-prisi ilə davam edib.
Teleqraf.com xəbər verir ki, Lusail avtodromunda keçirilən yarışda "Red Bull" komandasının pilotu Maks Ferstappen qalib gəlib.
Ötən Qran-pridə dördüncü dünya çempionluğunu təmin edən niderlandlı sürücü, 57 dövrəlik mübarizədə rəqiblərini qabaqlayaraq birinci yeri tutub.
Ferstappen yarışı "Ferrari"dən Şarl Lekler və "McLaren"dən Oskar Piastrinin önündə başa vurub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.