Ferstappen xal fərqini 12 yə endirdi | Icma.az
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Formula-1” üzrə dünya çempionatında 23-cü mərhələ həftəsonu Qətərdə keçirildi.
"Football-plus.az" xəbər verir ki, “Red Bull”un pilotu Maks Ferstappen mübarizəyə 3-cü mövqedən başlasa da, sonda hamını qabaqladı.
Niderlandlı cari mövsümdə 7-ci, karyerasında 70-ci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.
“Maklaren”in pilotu Oskar Piastri finişə 2-ci, “Uilyams”ın pilotu Karloq Sayns 3-cü çatdı.
“Maklaren”in daha bir pilotu Lando Norris dördüncü oldu.Norris son mərhələ ərəfəsində 408 xalla turnir cədvəlinə başçılıq edir.
Qətərdəki qələbə sayəsində xalını 396-ya çatdıran Ferstappen 2-ci pillədə qərarlaşıb. 3-cü yerdəki Piastrinin isə 392 xalı var.
Üç pilotun hər biri çempionluq şansını qoruyur.Yeri gəlmişkən, Norris Qətərdə “Maklaren” üçün yeni rekord müəyyənləşdirdi.
Tam oxu
Xəbəri oxu