Ferstappendən Rassellə cavab: O, əclafdır İdman və Biz

05.12.2024

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Formula-1" pilotları Maks Ferstappen ("Red Bull") və Corc Rassell ("Mersedes") arasında söz müharibəsi növbəti mərhələyə qədəm qoyub.

İdman.biz xəbər verir ki, Maksın onu aqressiv adlandıran Corca cavabı gecikməyib.

Niderlandlı sürücü britaniyalı həmkarını əclaf adlandırıb: "Rassell mənim stüardların otağına girib kobud davrandığımı bildirib? Bu, heç də belə deyil. Bilirsiniz, onun belə deməsi təəccüblü deyil. Mən həmişə öz fikirlərimi birbaşa deyirəm və bu, onu razı salmır. Corc yalançıdır. Mən aqressivəm? Biz belə adam haqqında çox danışmalı deyilik: O, əclafdir".

Qeyd edək ki, Abu-Dabi Qran-prisindən əvvəl müsahibə verən Rassell Ferstappen haqqında mənfi fikirlər söyləyib. Onlar arasında Qətərdə keçirilən yarışın təsnifat mərhələsində qalmaqal yaşanmışdı. Stüardların müzakirəsindən sonra Maks 1 pillə cərimə almışdı.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью