Fərzanə Sadiq: Qonşu ölkələrlə əməkdaşlıq genişlənir

02.09.2025

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

"Rəşt-Astara dəmir yolu irəliləyir və onun bir hissəsi yekunlaşdırılıb. Çabahar-Zahedan dəmir yolu layihəsi də yaxşı templə həyata keçirilir və ümid edirik ki, bu marşrut tezliklə istifadəyə veriləcək".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın yol naziri Fərzanə Sadiq deyib.

O, beynəlxalq və regional əməkdaşlığa toxunub: "Qonşu ölkələr, o cümlədən Türkmənistan, Azərbaycan, Ermənistan, Rusiya, eləcə də Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi dənizə çıxışı olmayan ölkələrlə İran vasitəsilə yüklərin tranziti sahəsində qarşılıqlı əlaqələr genişlənir. Bu yaxınlarda Pakistana səfəri zamanı iki ölkə arasında dəniz və dəmir yolu əlaqələrinin gücləndirilməsinə zəmin yaratmaq üçün gələn ay ərzində İran və Pakistan arasında müştərək komissiyanın təşkil edilməsi də razılaşdırılıb". pizza sifarişi


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью