FES ABŞ iqtisadiyyatını silkələyəyir: Şirkətləri müflisləşmə gözləyir?

15.09.2026

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“Macro Risk Advisors” (MRA) şirkətinin rəhbəri Dean Curnutt ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz artıracağı təqdirdə “S&P 500” indeksinin 8-10% geriləyə biləcəyini bildirib.

“Bakupost” xəbər verir ki, Curnutt faiz artımının şirkətlərin mənfəət marjalarına təzyiq göstərəcəyini və bazarda gözlənilməz dalğalanma yaradacağını deyib.

Curnutt hazırkı bazar vəziyyətinin 2018-ci ilə bənzədiyini bildirib. Onun sözlərinə görə, həmin il “S&P 500” sentyabrda zirvəyə çatdıqdan sonra oktyabr və noyabr aylarında 10% geriləmişdi.

FES-in çərşənbə günü faizləri artıracağı ehtimalı isə bazarlarda artıq demək olar ki, tam qiymətləndirilib.

Vüsalə Hüseynova,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью