Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot faiz dərəcəsini dəyişməyərək 3,75–4 faiz aralığında saxlayıb. Qurum dekabr iclasında faizlərin artırılıb-artırılmayacağı ilə bağlı konkret siqnal verməyib.
“Bakupost” xəbər verir ki, qərar 10 lehinə, 2 əleyhinə səslə qəbul edilib. Lisa Kuk və Bet Hammak faizlərin 0,25 faiz bəndi artırılmasını dəstəkləyiblər.
FES sədri Kevin Uorş bildirib ki, ABŞ iqtisadiyyatında artım güclənir və dördüncü rübdə iqtisadi artımın 3 faizdən çox olacağı gözlənilir. Güclü istehlak xərcləri və investisiyalar iqtisadi fəallığı dəstəkləyir.
Bununla belə, inflyasiya yüksək səviyyədə qalır. Uorş qeyd edib ki, qiymət sabitliyinin təmin edilməsi FES-in əsas vəzifələrindəndir. O, faiz siyasətinin gələcək istiqamətinin iqtisadi göstəricilərdən asılı olacağını bildirib.
FES sədri neft qiymətlərinin artmasının inflyasiyaya təsirinin də izlənildiyini vurğulayıb. Geosiyasi hadisələr səbəbindən enerji qiymətlərinin yüksək qalması faiz qərarlarına təsir göstərə bilər.
Vüsalə Hüseynova,
BakuPost