Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
ABŞ-də inflyasiyanın zəifləməsi fonunda “Goldman Sachs” investorların Federal Ehtiyat Sisteminin (FES) faiz artıracağı ilə bağlı gözləntilərini həddindən artıq sərt hesab edir.
"Bakupost" xəbər verir ki, “Goldman Sachs”ın baş iqtisadçısı Jan Hatzius zəif pərakəndə satışlar, gözləntiləri doğrultmayan məşğulluq göstəriciləri və inflyasiyanın yavaşlamasından sonra FES-in sentyabr iclasında faiz artırmasının çox aşağı ehtimal olduğunu bildirib.
Hatzius hesab edir ki, mövcud iqtisadi vəziyyət fonunda inflyasiyanın ilin qalan hissəsində yenidən sürətlənməkdənsə, daha da zəifləməsi ehtimalı yüksəkdir.
Bazar məlumatlarına görə, investorlar hazırda FES-in növbəti 0,25 faiz bəndi artımını yanvarda edəcəyini gözləyirlər. Halbuki bir həftə əvvəl bazarda bu artımın dekabrda baş verəcəyi demək olar ki, tam qiymətləndirilirdi.
“Goldman Sachs” isə faiz artımı ilə bağlı bazar gözləntilərinin bundan sonra da zəifləyə biləcəyini düşünür.
Vüsalə Hüseynova,
BakuPost