Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Federal Ehtiyat Sistemi (FES) növbəti iclasında faiz dərəcələri ilə bağlı qərarını açıqlayıb.
Metbuat.az xəbər verir ki, tənzimləyici qurum baza faiz dərəcəsini illik 3,5–3,75 faiz aralığında sabit saxlayıb.
Bildirilib ki, ABŞ Mərkəzi Bankı son üç iclasda da faiz dərəcəsinə dəyişiklik etməyib. Qurum ötən ilin sentyabrından dekabr ayınadək isə faiz dərəcəsini üç dəfə aşağı salaraq 4–4,25 faiz diapazonundan hazırkı səviyyəyə endirmişdi.
FES-in qərarı inflyasiya təzyiqlərinin zəifləməsi, iqtisadi artım göstəriciləri və əmək bazarındakı vəziyyətin qiymətləndirilməsi fonunda qəbul edilib.
Qurum gələcək faiz qərarlarının iqtisadi göstəricilərdən, xüsusilə inflyasiyanın istiqamətindən və əmək bazarındakı dəyişikliklərdən asılı olacağını qeyd edib.