FES idarə heyətinin üzvü Trampı məhkəməyə verib

28.08.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) idarə heyətinin üzvü Liza Kuk prezident Donald Trampın onu vəzifəsindən uzaqlaşdırmaq cəhdinin qarşısını almaq üçün məhkəməyə müraciət edib.

APA xəbər verir ki, Vaşinqtonda federal dairə məhkəməsinə verilən iddiada cavabdehlər arasında Trampın, FES Rəhbərlər Şurasının və FES sədri Cerome Pauelin də adı var.

Məhkəmədən Trampın Kuku vəzifədən uzaqlaşdırmaq cəhdini qanunsuz və etibarsız elan etməsi və Kukun idarə heyətində qalması ilə bağlı qərar qəbul etməsi istənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью