Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nyu-York Federal Ehtiyat Bankının (FES) rəhbəri Con Uilyams inflyasiyanı nəzarətdə saxlamaq üçün ilin sonuna doğru faiz artımının mümkün olduğunu bildirib.
“Bakupost” xəbər verir ki, Uilyams sentyabrda 25 baza bəndi faiz artımından sonra yeni qərar üçün tələsməyə ehtiyac olmadığını və əlavə məlumatların gözlənilə biləcəyini deyib.
O bildirib ki, iqtisadiyyat gözləntilərə uyğun inkişaf edərsə, ilin sonuna doğru faiz artımı inflyasiyanın hədəfə qayıtmasına kömək edə bilər.
Uilyams ABŞ-də inflyasiyanın bu il 3,5 faiz olacağını, 2027-ci ildə isə 2 faiz hədəfindən bir qədər yuxarı qalacağını gözlədiyini bildirib.
Vüsalə Hüseynova,
BakuPost