525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniyada keçirilən fişəng festivalı zamanı fişənglərdən biri tamaşaçıların yaxınlığında partlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Kosta-Blanko sahillərində baş verib.
Nəticədə qığılcımlar 27 nəfərin müxtəlif dərəcəli yanıq xəsarəti almasına səbəb olub. Onlardan 14-ü xəstəxanaya yerləşdirilib. Qalanlarının xəsarətləri yüngül olduğundan ilkin yardımı aldıqdan sonra evə buraxılıblar.
Qeyd edək ki, ənənəvi "Castell de l'Olla" festivalı 40 ildir keçirilir. Hər il festivalı minlərlə sakin və turist izləyir.
L.Tağıyeva