Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aktyor Robert Pattinson və nişanlısı Suki Uoterhaus birlikdə tədbirə qatılaraq dünya moda mətbuatında böyük səs-küyə səbəb olublar.
OLAY yazır ki, “Vogue” və “Harper’s Bazaar” cütlüyü beynəlxalq Venesiya Film Festivalının əsas stil ikonları kimi qiymətləndirib.
“Prime Time” trillerinin premyerası üçün Pattinson “Dior” tərəfindən onun üçün xüsusi hazırlanmış, incə zolaqlı ağ kostyum seçib və görünüşünü bordo rəngli qalstukla tamamlayıb.
Suki isə səliqəsiz rok-n-roll estetikasına sadiq qalaraq təxminən 7 800 dollar dəyərində “Saint Laurent” markalı yarı şəffaf krujevalı mini don geyinib.