Fətiyev 1/4 finala yüksəldi

08.10.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.

Futbolpress.az xəbər verir ki, o, 1/8 finalda estoniyalı Klen Kristofer Kalyulaydla qarşılaşıb. Görüş Azərbaycan cüdoçusunun qələbəsiylə başa çatıb.

Fətiyev növbəti mərhələdə Aleksa Mitroviçlə (Fransa) qarşılaşacaq.

Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью