Fətiyev və Kokauri Türkiyə Superliqasında gümüş medal qazanıblar İdman və Biz

13.12.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan milli komandasının cüdoçuları Murad Fətiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) komanda yarışında Türkiyə Superliqasının gümüş mükafatçısı olublar.

İdman.biz xəbər verir ki, Ankarada keçirilən yarışda Fətiyev və Kokauri "İzmir Büyükşehir Belediyesi"nin heyətində çıxış ediblər.

Adıçəkilən klub finala çıxsa da, həlledici görüşdə "Spor Toto"ya uduzub.

Qeyd edək ki, Superliqada ümumilikdə 16 komanda iştirak edib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью