FETÖ CIA nın aləti idi │ Məxfi Dosye

14.07.2026

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

FETÖ rəhbəri Gülənin ABŞ-dəki bütün təmaslarında gizli xidmət orqanları iştirak edib. Təşkilatın bütün fəaliyyəti MKİ-dən alınan təlimatlar əsasında idarə olunub. Qurum uzun illər boyu sosial-iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə lobbiçilik fəaliyyəti həyata keçirib. Həmin dövlətlər də öz növbəsində FETÖ-nü ehtiyac yarandıqda Türkiyəyə qarşı istifadə edə biləcəkləri bir rıçaq kimi dəstəkləyiblər.
15 İyul dövlət çevrilişinə cəhdin ardından Türkiyədə FETÖ-yə məxsus olduğu müəyyən edilən 2 min 284 məktəb və 1000-dən çox hazırlıq kursu (dərsxana) bağlanıb. Həmin dövrdə FETÖ-nün 170 ölkədə 767 məktəbinin olduğu, dünya miqyasında isə təşkilata bağlı 520 şirkət, 269 vəqf, 205 media qurumu, 252 QHT, 327 dərnək və 216 xəstəxananın fəaliyyət göstərdiyi məlumdur. Sözügedən məktəblərdə zaman-zaman MKİ agentləri də çalışırdılar. Bu təhsil müəssisələrindəki ingilis dili müəllimlərinin çoxu yaşıl və qırmızı pasport daşıyan Böyük Britaniya və ABŞ vətəndaşları idi.
FETÖ məktəb açdığı ölkələrin siyasi, iqtisadi və sosial həyatında nüfuz dairəsi yaratmağa çalışırdı.Təşkilat iqtisadiyyat və siyasət dünyasının nüfuzlu şəxslərinin övladlarını bu məktəblərdə oxudaraq əlaqələr şəbəkəsini genişləndirirdi. Bu məktəblərin məzunlarının bir qismi vasitəsilə isə aidiyyatı ölkənin siyasi və ictimai institutlarına sızırdı. Eyni zamanda, bu təhsil ocaqlarından çirkli pulların yuyulması və ölkələrarası pul köçürmələri üçün də istifadə olunurdu.
Tariyel Həsənov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью