FETÖ əməliyyatı: 41 nəfər həbs olundu

02.11.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Türkiyədə FETÖ-yə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi, Jandarma Baş Komandanlığının Terrorla Mübarizə İdarəsi və Baş Prokurorluğun koordinasiyası ilə 32 vilayətdə əməliyyatlar təşkil olunub.

Əməliyyatlar zamanı 72 şübhəli saxlanılıb. Onlardan 41-i həbs edilib, digərləri ilə bağlı proseslər davam edir.

Məlumata görə, saxlanılan şəxslərin terror təşkilatının mövcud strukturu daxilində fəaliyyət göstərdiyi, təşkilat daxilində məsul şəxslərlə əlaqə saxladığı, terror təşkilatı ilə əlaqəli yardım təşkilatlarına maliyyə dəstəyi verdiyi müəyyən edilib. Həmçinin onların sosial media hesabları vasitəsilə terror təbliğatı apardıqları aşkarlanıb.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью