FETÖ əməliyyatı: 61 hərbçi həbs edildi

27.05.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

İstanbulda davam etdirilən FETÖ əməliyyatı zamanı sıralarında polkovnik-leytenant, polkovnik, mayor və kapitan da olmaqla daha 61 hərbi qulluqçu həbs edilib.

Axar.az "Hurriyet"ə istinadən xəbər verir ki, əməliyyat mayın 23-də Türkiyənin 36 vilayətində keçirilib.

İstintaq zamanı müəyyən edilib ki, təşkilat üzvləri bir-biri ilə ictimai yerlərdəki telefonlarla əlaqə saxlayıb, mesaj ötürüblər.

Faktla bağlı istintaq davam etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью