Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya (İnformasiya) İdarəsi tərəfindən aparılan genişmiqyaslı rəqəmsal izləmə və analizlər nəticəsində FETÖ və FETÖ ilə əlaqəli 379 sosial media hesabı müəyyən edilib. Əldə olunan məlumatlardan sonra aidiyyəti qurumlarla tam koordinasiya təmin olunaraq dərhal tədbirlərə başlanılıb. Milli təhlükəsizliyi hədəf alan bu rəqəmsal şəbəkələrə qarşı girişin məhdudlaşdırılması və hüquqi prosedurlar tətbiq olunub.
Moderator.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran məsələ ilə bağlı açıqlamasında bildirib:“Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən həyata keçirilən genişmiqyaslı rəqəmsal izləmə və analiz işləri nəticəsində FETÖ və FETÖ ilə əlaqəli 379 sosial media hesabı müəyyən edilib. Sözügedən hesabların terror təbliğatı apardığı və sistemli şəkildə dezinformasiya yaydığı açıq şəkildə ortaya çıxıb. Bu aşkar etmələrdən sonra aidiyyəti dövlət qurumlarımızla tam koordinasiya şəraitində dərhal hərəkətə keçilmiş, milli təhlükəsizliyimizi hədəf alan bu rəqəmsal şəbəkələrə qarşı zəruri giriş qadağaları və hüquqi tədbirlər həyata keçirilib. Prezident cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə terrorla mübarizəni təkcə sahədə deyil, eyni zamanda rəqəmsal platformalarda da qətiyyətlə davam etdirir. Heç bir terror təşkilatına, onun uzantılarına və psixoloji əməliyyatlarına rəqəmsal mühit də daxil olmaqla əsla güzəşt edilməyəcək.”