Icma.az, Missiya.az saytına istinadən bildirir.
Türkiyədə mərkəzi İstanbul olan 5 vilayətdə FETÖ-yə qarşı keçirilən əməliyyatda 9 şübhəli saxlanılıb.
Missiya.Az xəbər verir ki, bu barədə "STAR" məlumat yayıb.
Prokurorluğun barələrində həbs qərarı çıxardığı İstanbul, Bursa, Ankara, Ərzurum və Gümüşhanedə eyni vaxtda keçirilən əməliyyatlarda 6-sı fəal polis, 1-i işdən çıxarılan, 2-si isə məktəbdən qovulan 9 şübhəli həbs edilib.
İstanbul Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmada FETÖ ilə əlaqəsi ilə bağlı etirafedici ifadə verən 9 şübhəli barəsində tədbir görülüb.
Zərintac Mayisqızı
Missiya.Az