FETÖçülərə qarşı daha bir əməliyyat: 24 nəfər tutulub İmtahan sualları əvvəlcədən lazımı şəxslərə ötürülüb

10.12.2024

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vergi müfəttişi köməkçisi vəzifəsinə qəbul imtahanı və KPSS-də baş verən qanunsuzluqlarla bağlı aparılan istintaq çərçivəsində FETÖ-çülərə qarşı növbəti əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 2012-ci il vergi müfəttişi köməkçisi qəbul imtahanına "barmaq olunması" ilə bağlı aparılan istintaq çərçivəsində imtahan suallarının əvvəlcədən "lazımı şəxslər"ə ötürüldüyü təsdiqlənib: "Bu istiqamətdə davam edən istintaqla 24 nəfərin rolu aşkara çıxarılıb. Onlardan 21-i haqda həbs tədbiri seçilib, qalan 3 nəfər isə ev dustaqlığına buraxılıb".

Firudin Səfərli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью