Fettel Formula 1 ə qayıtmasını istisna etməyib

01.10.2026

Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fettel Formula 1-ə qayıtmasını istisna etməyib

Formula 1 üzrə dördqat dünya çempionu, almaniyalı pilot Sebastyan Fettel gələcəkdə F-1 paddokuna qayıtmasını istisna etməyib. Oxuməni.az xəbər verir ki, bu barədə Crash.net portalı məlumat yayıb.

“Hazırda Formula 1-də hər hansı aktiv vəzifəm yoxdur. Bununla belə, baş verənləri diqqətlə izləyirəm və idmanın gələcəyi mənim üçün önəmlidir. Xüsusilə də 2030-cu ilədək sıfır tullantı hədəfinə nail olunması və ya yeni qaydalar kimi məsələlər məni maraqlandırır. Gələcəkdə ortaya çıxacaq imkanlara, bəlkə də hansısa vəzifəni tutmağa hər zaman açığam. Lakin bunun üçün xüsusi səy göstərmirəm. Komandalar və ya ayrı-ayrı şəxslərlə danışıqlar aparmıram. Baş verənləri kənardan böyük maraq və məmnuniyyətlə izləyirəm.

Son illərdə aktiv karyeram dövründə diqqətimi cəlb edən mövzular hələ də aktualdır. Söhbət dayanıqlı inkişafdan və gələcəkdən gedir. Bu, təkcə mənim və övladlarımın deyil, hamımızın və idmanın gələcəyi ilə bağlıdır. Bütün məsələlər məhz burada birləşir. Həyata keçirdiyim layihələrdən bəzilərini trasda görmək mümkündür, digərləri isə o qədər də nəzərə çarpmır. Gələcəkdə nələrin baş verə biləcəyi ilə bağlı ideyalarım haqqında çox düşünürəm”, – deyə Fettel bildirib.

Qeyd edək ki, Fettel 2007-ci ildən 2022-ci ilə qədər Formula 1 yarışlarında iştirak edib. Alman mütəxəssis çempionatda beş komandanı təmsil edərək 16 mövsüm keçirib.

2009-cu ildən 2014-cü ilə qədər Fettel Red Bull komandasında yarışıb və dörd çempionluq titulunun hamısını qazanıb.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью