Fevral ayı bəzi bürclər üçün əsl bolluq və sürpriz qazanc dövrü olacaq

29.01.2026

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Astrologiyaya görə, bu ay gözlənilməz pullar, uğurlu razılaşmalar və maddi rahatlıq bir neçə bürcün qapısını döyəcək. Elə bürclər var ki, fevralda pulu haraya xərcləyəcəyini düşünəcək. Budur fevralın ən şanslı bürcləri:

Buğa

Buğalar üçün fevral ayı pul axınının sürətləndiyi dövrdür. Uzun zamandır gözlənilən ödənişlər, gecikmiş maaşlar və ya əlavə qazanc mənbələri birdən-birə ortaya çıxa bilər. Xüsusilə iş dəyişməyi düşünən Buğalar üçün bu ay yeni imkanlar gətirəcək. Pul gəlir, amma xərcləmədə ehtiyatlı olmaq tövsiyə olunur.

Şir

Şirlər fevralda şansın sevimlisi olacaq. Gözlənilməz hədiyyələr, bonuslar və ya uğurlu investisiya qərarları maddi vəziyyəti xeyli yaxşılaşdıracaq. Şirlər bu ay həm özlərinə, həm də sevdiklərinə pul xərcləməkdən zövq alacaq. Astrologiya Şirlər üçün “pul sevinc gətirir” deyir.

Oğlaq

Oğlaqların zəhmətinin bəhrəsi fevralda özünü göstərəcək. Uzun müddət üzərində çalışdıqları layihələr nəhayət qazanc gətirəcək. Xüsusilə biznes və rəhbər vəzifədə olan Oğlaqlar üçün gəlir artımı gözlənilir. Pul planlı şəkildə gəldiyi üçün bu bürc maliyyə baxımından özünü daha güvənli hiss edəcək.

Balıqlar

Fevral Balıqların ayıdır və bu, təkcə emosional yox, maddi baxımdan da şanslı dövrdür. Gözlənilməz pul, lotereya, əlavə iş təklifi və ya yaradıcılıqdan gələn qazanc Balıqları sevindirə bilər. Bu ay Balıqlar üçün “azdan çox yaratmaq” dövrüdür.

Əqrəb

Əqrəblər fevralda risk etsə də, riskləri pul gətirəcək. Uğurlu sövdələşmələr, gizli qalan fürsətlər və düzgün zamanlama sayəsində Əqrəblər maliyyə baxımından rahatlayacaq. Pulun haradan gəldiyini belə anlamadan cib dolacaq.

Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью