Fevralda bürclərə pul bolluğu gözlənilir Bəzi bürclər haraya xərcləyəcəyini düşünəcək

29.01.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fevral ayı astroloqlar tərəfindən bəzi bürclər üçün maliyyə baxımından ən uğurlu dövrlərdən biri kimi qiymətləndirilir. 
Demnokrat.az
xəbər verir ki, onların fikrincə, bu ay gözlənilməz gəlirlər, bonuslar və sərvət gətirəcək fürsətlər bürclərin həyatına daxil olacaq.
Məlumata görə, xüsusilə Buğa, Şir, Oğlaq, Balıq və Əqrəb bürcləri fevralda maddi baxımdan üstünlük əldə edəcək və bəzi hallarda pulu haraya xərcləyəcəyini düşünəcək.
Buğa
Buğalar üçün fevral ayı uzun müddətdir gözlənilən ödənişlər və əlavə gəlir imkanları ilə dolu olacaq. İşdə dəyişiklik etmək istəyənlər yeni imkanlarla qarşılaşa bilər. Astroloqlar Buğalara gəlir artımını xərcləməyi planlı etməyi tövsiyə edir.
Şir
Şirlər bu ay “şans bürcündə” olacaq. Gözlənilməz hədiyyələr, bonuslar və uğurlu investisiya qərarları onların maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Şirlər həm özləri, həm də yaxınları üçün xərcləməkdən zövq alacaq.
Oğlaq
Oğlaqlar uzun müddət üzərində çalışdıqları layihələrin nəticəsini görəcəklər. Xüsusilə biznes və rəhbərlik sahəsində fəaliyyət göstərən Oğlaqlar üçün gəlir artımı ehtimal olunur. Planlı maliyyə idarəsi bu bürcə özünü daha güvənli hiss etdirməyə kömək edəcək.
Balıq
Balıqların fevral ayı həm emosional, həm də maliyyə baxımından şanslıdır. Lotereya, əlavə iş imkanları və yaradıcılıqdan gələn qazanc onların cibini dolduracaq. Bu ay Balıqlar üçün “azdan çox yaratmaq” dövrü olacaq.
Əqrəb
Əqrəblər risk etməyə hazır olsa da, bu risklər maliyyə baxımından uğurlu olacaq. Düzgün zamanlama və şanslı sövdələşmələr sayəsində Əqrəblər əlavə gəlir əldə edəcək və fevral ayını rahat maliyyə vəziyyəti ilə tamamlayacaqlar.
Astroloqlar bildirir ki, bu ay pul bürclər üçün xoş sürprizlərlə dolu olacaq, amma xərcləri ağıllı planlaşdırmaq hər zaman önəmlidir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью