Fevralda ən çox bu ərzaqlar bahalaşıb Adlar

12.03.2025

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

2025-ci ilin fevralında yanvar ayı ilə müqayisədə ən çox bahalaşma iki məhsul qrupunda olub.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, fevralda tərəvəzlər 4,9 faiz, meyvələr 4,5 faiz bahalaşıb.

Tərəvəzlərdən kələmin, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, meyvələrdən isə limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, qozun, fındığın dəyəri daha çox artıb.

Bu ərzaq məhsullarından başqa çörəyin, makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, uşaq qidası üçün quru süd qarışığının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, qara və yaşıl çayın, şokolad məmulatlarının, meyvə şirələrinin dəyərində artım daha çox qeydə alınıb.

Vasif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью