Fevralda qəbul imtahanı keçiriləcək? RƏSMİ AÇIQLAMA

15.12.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə gələn ilin qəbul imtahanları ilə bağlı bir sıra tarixlər açıqlanıb. İddia edilir ki, fevral ayının 15-də magistraturaya qəbul imtahanı keçiriləcək.

Ancaq Dövlət İmtahan Mərkəzi (DİM) iddiaları təkzib edib. Modern.az-ın məlumatına görə, qurumdan bildirilib ki, tarixlərlə bağlı DİM-in saytı və sosial şəbəkələri vasitəsilə elan edilməyən istənilən məlumat doğru deyil.

O da qeyd edilib ki, imtahan tarixləri ilə bağlı qrafik adətən ilin əvvəlində müəyyən edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью