Fevraldan bəri boş qalan vəzifəyə onu namizəd gördü

06.10.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran Prezidenti Məsud Pezeşkian Mehrdad Əxlaqini fevral ayından bəri boş qalan müdafiə və silahlı qüvvələrin logistikası naziri vəzifəsinə namizəd göstərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi məlumat yayıb.

Namizədliklə bağlı təqdimat parlament sədri Məhəmməd Baqir Qalibafa ünvanlanmış məktub vasitəsilə parlamentə təqdim olunub.

Prezidentin parlament məsələləri üzrə müşaviri Sasan Vəlizadə bildirib ki, namizədin proqramı müvafiq komitə tərəfindən nəzərdən keçirildikdən sonra mümkün qədər tez bir zamanda etimad səsverməsi keçiriləcək.

Qeyd edilir ki, Mehrdad Axlaqi Müdafiə Nazirliyində yüksək vəzifəli şəxsdir. O, daha əvvəl İranın Aerokosmik Sənaye Təşkilatı və Müdafiə Sənayesi Təşkilatının baş direktoru vəzifələrində çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью