Fevralın 17 də astronomik hadisə baş verəcək

02.02.2026

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Fevral ayının 17-də bu ilin ilk halqavari Günəş tutulması tutulması olacaq. "Alovlu halqa" effektini yaradan bu qeyri-adi hadisənin maksimum fazası təxminən 2 dəqiqə 20 saniyə davam edəcək.

Reyting.az xəbər verir ki, astronomik hadisə əvvəlcə Antarktidanın materik hissəsi üzərində, həmçinin Cənub okeanı sahillərindən başlayacaq.

Alimlər bildiriblər ki, yüksəliş anında Ay hərəkətə keçəcək, bununla da Günəş diskinin təxminən 96 faizi tamamilə örtüləcək və ancaq kənarlardakı parlaq işıq halqası qalacaq.

Bu nadir səma hadisəsini yalnız Cənubi Afrika, Cənubi Amerika ərazisində, Antarktidanın qismən əlçatan bölgələrində yaşayanlar və bəzi tədqiqatçılar müşahidə edə biləcəklər.

Oqtay QORÇU


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью