Fevralın 23 də intensiv qar yağacaq Bu ərazilərdə | Icma.az
Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq. Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq.
Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.
Gecə və səhər yollar buz bağlayacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman.
Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 19-24° şaxta, gündüz 3-8° şaxta olacaq.
Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu