Fevralın 4 5 i həlledici ola bilər Əbu Dabi danışıqları start götürür

04.02.2026

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Ukrayna nümayəndə heyəti artıq Əbu-Dabiyə çatıb.

"AzPolitika" Ukrayna mətbuatına istinadən bildirilir ki, bu, ABŞ vasitəçiliyi ilə keçirilən üçtərəfli danışıqların növbəti mərhələsi üçün hazırlıqdır.

Məlumata görə, Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında görüşlər yaxın vaxtlarda başlayacaq.

Qeyd edək ki, bu formatda ilk danışıqlar yanvarın 23-24-də Əbu-Dabidə keçirilib. Əvvəlcə fevralın 1-nə planlaşdırılan növbəti raund sonradan fevralın 4-5-nə təxirə salınıb. Danışıqlar Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində ABŞ tərəfindən dəstəklənir və hazırkı mərhələdə əsas diqqət ərazi məsələləri və de-eskalasiya addımlarına yönəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью