Fevralın şanslı bürcləri Onlar üçün düşərli ay olacaq

29.01.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Astroloqların proqnozlarına əsasən, fevral ayı bəzi bürclər üçün daha düşərli keçəcək. Ulduzların düzülüşü bu dövrdə xüsusilə karyera, maliyyə və şəxsi münasibətlər sahəsində müsbət dəyişikliklər vəd edir.
Demokrat.az xəbər verir ki, Qoç bürcü fevralda uğurlu qərarlar və peşəkar yüksəliş baxımından ön plana çıxacaq. Yeni layihələrə başlamaq və təşəbbüs göstərmək üçün əlverişli zaman hesab olunur.
Şir bürcü üçün ay yaradıcılıq və sosial aktivliklə yadda qalacaq. Özünəinamın artması və diqqət mərkəzində olmaq Şirlərə əlavə üstünlüklər qazandıra bilər.
Astroloqlar bildirir ki, Oxatan bürcünü yeni imkanlar və inkişaf perspektivləri gözləyir. Təhsil, səyahət və şəxsi inkişafla bağlı planlar uğurla nəticələnə bilər.
Balıqlar bürcü fevralda emosional tarazlıq və münasibətlərdə harmoniya əldə edə bilər. Bu dövr onlar üçün həm şəxsi, həm də peşəkar baxımdan müsbət dəyişikliklərlə müşayiət oluna bilər.
Proqnozlara görə, Dolça bürcü də düşərli ay keçirəcək. Yeni əməkdaşlıqlar, kollektiv işlər və yaradıcı ideyalar üçün fevral münasib zaman sayılır.
Eyni zamanda, Buğa bürcü üçün fevral maliyyə və stabil məsələlərdə irəliləyiş vəd edir. Kiçik, lakin davamlı uğurlar mümkündür.
Astroloqlar qeyd edirlər ki, digər bürclər üçün də fevral ayı tam mənfi sayılmır, sadəcə bəzi bürclərdən daha çox səbir, planlama və diqqətli qərarlar tələb oluna bilər.
Kənan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью