Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakının Fəvvarələr meydanında 8 Noyabr – Zəfər Günü münasibətilə hərbi orkestrin nümunəvi çıxışı təşkil olunub.
Modern.az xəbər verir ki, hərbi orkestrin ifasında vətənpərvərlik ruhunda musiqilər səsləndirilir.
Hava şəraitinin yağıntılı olmasına baxmayaraq, insanlar Zəfər Günü münasibətilə küçələrə axışaraq, hərbi orkestrin yürüşünü izləyirlər.
Qeyd edək ki, hərbi orkestrlərin nümunəvi çıxışları bu gün saat 18:00-dək Bakının digər məkanlarında – Heydər Əliyev parkı, Filarmoniya parkı, Koroğlu parkı, Sahil parkı və Zabitlər parkında da keçiriləcək.