Fəxrəddin Allahverdiyevdən Avropa birinciliyində 3 gümüş medal

25.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın ağırlıqqaldırma üzrə milli komandasının üzvü Fəxrəddin Allahverdiyev Kosovonun paytaxtı Priştinada təşkil olunan U-15 və yeniyetmələrin Avropa birinciliyində 3 gümüş mükafata sahib çıxıb.

Futbolpress.az xəbər verir ki, 85 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız birdən qaldırmada 122 kq, təkanla qaldırmada isə 150 kq ağırlığın öhdəsindən gələrək hər iki hərəkətdə ikinci pilləni tutub.

İki yarışın yekununda 272 kq nəticə göstərən F. Allahverdiyev cəm hesabında da Avropa birinciliyinin gümüş medalını boynundan asıb.

Bu nəticə ilə ağırlıqqaldıranlarımız Avropa birinciliyini 3 qızıl, 5 gümüş və 7 bürünc olmaqla, ümumilikdə 15 medalla başa vurublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью