Fəxrəddin İsmayılov etimadnaməsini təqdim etdi

28.08.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycanın UNESCO yanında yeni daimi nümayəndəsi Fəxrəddin İsmayılov etimadnaməsini təşkilatın baş direktoru Xalid əl-Ənaniyə təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib.

Fəxrəddin İsmayılov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi kimi vəzifəsinin icrasına başladığını qeyd edib.

Qeyd edək ki, Fəxrəddin İsmayılov bu il avqustun 6-da Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью