“Fəxri adlar ləğv edilməlidir” Cavanşir Quliyev

27.05.2025

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

“Xalq artisti”, “Əməkdar artist” kimi fəxri adlar ləğv edilməlidir.
Bunu Demokrat.az-a açıqlamasında bəstəkar Cavanşir Quliyev deyib. O bildirib ki, bu cür fəxri adların incəsənət sahəsinə zərərli olduğunu düşünür:
“Fəxri adlar ləğv edilməlidir - mən bunu müstəqilliyimizin bərpasından bəri deyirəm. Fəxri adlar incəsənətə zərər verir”. 
Parlamentdə incəsənət nümayəndələrinin təmsil olunması mövzusuna da toxunan bəstəkar qeyd edib ki, burada siyasi savadı olanlar yer almalıdır:
“Milli Məclisin əksəriyyətini qanundan anlayan və onu yaza bilənlər təşkil etməlidirlər”.
Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью