Fəxrizadəyə sui qəsd: Azadla bağlı qərar verildi KONKRET

04.06.2025

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının keçmiş rəhbəri, nüvə proqramının inkişaf etdirilməsinə rəhbərlik edən Möhsün Fəxrizadəyə sui-qəsddə və “İsrailə casusluq”da günahlandırılan Azad Şücayi edam olunacaq.

KONKRET.az xəbər verir ki, bununla bağlı İran Məhkəmə Sistemi məlumat yayıb.

Məlumata görə, ibtidai məhkəmənin Şücayi barədə çıxardığı edam cəzasını İran Ali Məhkəməsinin 39-cu bölməsi təsdiq edib.

Azad Şücayi 2024-cü ilin aprel ayında Urmiyada həbs edilib, onunla eyni ittihamda günahlandırılan 3 nəfərin edam cəzası yerinə yetirilib.

Qeyd edək ki, SEPAH generallarından olan Möhsün Fəxrizadə 27 noyabr 2020-ci ildə öldürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью