Feyenoord antirekord müəyyənləşdirib

20.02.2025

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Niderlandın "Feyenoord" komandası antirekorda imza atıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının pley-off mərhələsində İtaliyanın "Milan" klubu ilə görüşdə reallaşıb.

A Seriyası təmsilçisinin futbolçusu Santyaqo Ximenes 1-ci dəqiqədə fərqlənib. Bu, bütün beynəlxalq turnirlərdə "Feyenoord"un buraxdığı ən erkən qol olub.

Qeyd edək ki, "Feyenoord" iki oyunun nəticəsinə görə "Milan"ı üstələyərək (1:0, 1:1) 1/8 finala vəsiqə qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью