Feyenoord dan baş məşqçi ilə bağlı gözlənilməz qərar

10.02.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

"Feyenoord" baş məşqçi Brian Priske ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə Rotterdan klubundan məlumat verilib.

Danimarkalı mütəxəssis ötən ilin yayında baş məşqçi vəzifəsinə təyin olunmuşdu. Priske ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib. Uğursuz nəticələr və komandanın oyunundan narazılıq yarandığı üçün belə addım atıldığı bildirilib.

Qeyd edək ki, "Feyenoord" fevralın 8-də Niderland çempionatında "Sparta"ya 3:0 hesabı ilə qalib gəlib. Rotterdamlılar iki gün sonra Çempionlar Liqasının pley-offunda "Milan"la qarşılaşacaqlar.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью