“Feyenoord”a böyük zərbə

08.09.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Feyenoord”un yeni futbolçusu Rays Nelson UEFA Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunda “Barselona” qarşısında komandasına kömək edə bilməyəcək.

Futbolpress.az xəbər verir ki, “Goal” nəşrinin yaydığı məlumata görə, 26 yaşlı vingerin iş icazəsi hələ rəsmiləşmədiyi üçün o, kənarda qalıb. Analoji səbəbdən ingiltərəli hücumçu “Neymegen”ə qarşı keçirilən və Rotterdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatan daxili çempionat matçında da iştirak edə bilməmişdi.

Rays Nelson ötən həftə “Arsenal”la yollarını ayıraraq “Feyenoord”a azad agent kimi transfer olunub. Oyunçu Niderland klubu ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb. Hücumçu daha əvvəl 2021/22 mövsümündə icarə əsasında “Feyenoord”un şərəfini qoruyub və keçirdiyi 32 qarşılaşmada 4 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

“Barselona” – “Feyenoord” görüşü sentyabrın 9-da Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью