“Feyenoord”un sabiq futbolçusu vəfat edib

12.10.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Niderlandın “Feyenoord” klubunun sabiq qapıçısı Henk van der Biyl 101 yaşında vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə Rotterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Keçmiş qolkiper gecə saatlarında dünyasını dəyişib.

Van der Biyl 1940–1950-ci illərdə “Feyenoord”un heyətində 210 oyuna çıxıb. O, futbolçu karyerasını başa vurduqdan sonra biznes fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, Henk van der Biyl 1958-ci ildə futbolçu karyerasını başa vurub. O, vəfatına qədər “Feyenoord”un həyatda olan ən yaşlı sabiq futbolçusu idi.

“Arsenal”da ciddi itki “Yuventus”da yeni müqavilə - RƏSMİ Palmer daha 8 il “Çelsi”də - RƏSMİ Günün oyunları bu kanallarda - TV AFİŞA Super Liqa klubunda yeni təyinat - RƏSMİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью