Feyruz Muradovun hekayələr kitabı işıq üzü gördü

16.09.2026

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yazıçı Feyruz Muradovun “Şirvan jurnalistləri. Hərənin bir taleyi" adlı hekayələr kitabı dərc olunub.

Kulis.az xəbər verir ki, kitabın birinci hissəsində müəllif 1980-i illərdə Şirvan səhərində dərc olunmuş yerli “İşıq" qəzetinin əmakdaşları haqqında xatirələrini oxuculara çatdırır. Qəzetin redaktoru olmuş Zahid İsmayılov, Möhsüm Xəlilov eləcə də digər jurnalistlər - Vaqif Abbasov, Xeybər İgidəliyev, Nəmidə Həsənova ilə bağlı xatirələr yer alıb. Müəllif bununla həm də o dövrün kiçik yaddaş salnaməsini yaratmaq istəyib.
Kitabın ikinci hissəsində müxtəlif illərdə yazılmış hekayələr yer alır."Alqışların sükutu” , “Təklikdə ölməkdən qorxan adam ” , “ Fotoqrafın həyatının son günü “ və digər hekayələrdə müxtəlif insan taleləri, onların həyatda rastlaşdıqları problemlər əksini tapıb.

Qeyd edək ki, sözügedən kitab müəllifin sayca ikinci kitabıdır. Bundan əvvəl 2023-cü ildə “Xalq artistinin atası Mirzə Xəlil kim idi7" adlı hekayələr kitabı işıq üzü görüb.

Uğurun resepti olsa, hər kəs evində "bişirərdi"... - Sübhan Şərif Məşhur aktyor 5 illik ömrü qaldığını açıqladı Fazil Salayev kim idi? - “Mozalan”ın ulduzunun bilinməyənləri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью