Feysbuk Monte Melkonyanla bağlı qadağanı götürdü

21.04.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Feysbuk əli azərbaycanlıların qanına bulaşmış erməni terorrçu Monte Melkonyanın şəkillərinə qoyulan məhdudiyyəti aradan qaldırıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın İT mütəxəssisi Samvel Ayrapetyan məlumat yayıb.

Onun sözlərinə görə, son illərdə Feysbuk azərbaycanlı istifadəçilərin şikayəti əsasında Birinci Qarabağ müharibəsinin “qəhrəmanının” fotolarını yerləşdirən istifadəçilərin profillərinə və səhifələrə girişə məhdudiyyətlər qoymuşdu.

Ayrapetyan deyib ki, hazırda vəziyyət dəyişib: səhifələr artıq bloklanmır, şəkillər silindiyi halda isə sosial şəbəkə administrasiyası onların çoxunu bərpa edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью